Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnternetdə baş verən cinayətlərlə bağlı xüsusi dövlət qurumu yaradılmalıdır - Ekspertlər

Xəbər verildiyi kimi Daxili İşlər nazirinin əmri Bakı Şəhər Baş Polis İdarəsində Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqat Şöbəsi xidmətin optimallaşdırılması və daxili işlər orqanlarında aparılan tədbirlər çərçivəsində ləğv edilib.

Hazırda Daxili İşlər Nazirliyində (DİN) struktur dəyişikləri müşahidə edilir. Bəs indiki zamanda daha çox hansı qurumlara ehtiyac var?

“Elektron Ticarət” İctimai Birliyinin idarə heyətinin üzvü, internet və kommunikasiya məsələləri üzrə ekspert Nicat Manafov Bizimyol.info-ya bildirib ki, DİN-də Kibercinayətkarlıqla mübarizə üzrə struktur olmalıdır.

Nicat Manafov Nicat Manafov

“Hər il ağıllı telefonlarda və sosial şəbəkələrdə baş vermiş cinayətlərin artdığını görürük. Xüsusən ticarət sahəsində olan cinayətləri maşhidə edirik. İnternet üzərindən insanlardan pul alaraq aldatmaq, saxta məhsul vermək, kirayə məhsul götürüb oğurlamaq halları artıb. Sosial şəbəkə səhifələrinin ələ keçirilməsi, insanları təşvişə salan informasiyaların yayılması halları artıb.

Qonşu Türkiyənin Daxili İşlər Nazirliyinin tabeliyində Kibercinayətkarlıqla mübarizə üzrə struktur fəaliyyət göstərir. Hansi ki bu qurum internet sahəsində olan fəaliyyətlərə nəzarət edir. Həmin qurum operativ işləyir. Türkiyə vətəndaşları sözügedən qurumun adını hətta paylaşımlara tağ etməsi nəticəsində dərhal araşdırmalar başlanılır. Tez bir zamanda hadisəyə müdaxilə edirlər.

Məsələn, hansısa insan sosial şəbəkə üzərində canlı yayımda sui-qəsd edir, terror hadisəsi törədir və yaxud kimisə təhqir edir. Bu hadisəyə operativ reaksiya lazımdır. Elə hadisələr var ki saniyəsində müdaxilə etmək lazımdır.

Azərbaycanın da Daxili İşlər Nazirliyində Kibercinayətkarlıqla mübarizə üzrə struktur olmalıdır və bu təşkilat innovativ texnologiyalardan istifadə etməlidirlər və əməkdaşları yüksək səviyyəli mütəxəssislərdən ibarət olmalıdır”,-deyə N.Manafov bildirib.

Osman Gündüz Osman Gündüz

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, kibercinatətkarlıqla bağlı DİN sistemində ixtisaslaşmış bir strukturun yaradılamsı çox faydalı olardı: “Uzun illər bu səlahiyyət yalnız ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində olub. Xatırlayıram ki təxminən 10 il bundan öncə DİN yanında Kibercinayətkarlığa Qarşı Mübarizə Baş idarəsi yaranmışdı. Hansı ki o zaman bəlkə də elə bir ciddi ehtiyac, zərurət yox idi. Lakin DİN-nin bununla bağlı açıqlaması çıxar-çıxmaz ona qarşı təpkilər oldu. Aydın məsələydi ki narazılıq hansı qurumda baş qaldırmışdı. Hətta mənim özümə də belə bir qurumun olmadığı-anlaşılmazlıq üzündən yaradıldığı bildirilmiş, bununla bağlı açıqlamalarda ehtiyatlı olmaq tövsiyyə edilmişdi. Beləliklə də, o zaman DİN-də yaradılmış həmin vacib qurum, fəaliyyətə başlamamış dərhal da ləğv edilmişdi. Düşünürəm ki hazırda DİN-nin bütün qurumlarında bu istiqamətdə fəaliyyət göstərəcək bölmələrin yaradılmasına çox ehtiyac var. Son zamanlar kibercinayətkarlıqla bağlı sahəyə hökumət diqqəti artırıb.

Ötən il Prezident fərmanı ilə İnformasiya təhlükəsizliyi sahəsində işləri kordinasiya etmək üçün Dövlət Komissisyası, kordinasiya edici strukturlar yaradılıb. Burada Kibercinayətkarlıqla bağlı da məqamlar yer alıb. Xüsusi Dövlət Mühafizə Xidməti tərəfiindən kibercinayətkarlıqla mübarizə sahəsində konseptual sənəd layihəsi hazırlanıb və hökumətə təqdim edilib. Amma düşünürəm ki bu sahədə xeyli problemlər yığılıb qalıb. Ən ciddi problem, hesab edirəm ki səlahiyyətlərin bölgüsü ilə bağlıdır. Hazırda bizdə kibercinayətkarlıq sahəsində 2 dövlət qurumu səlahiyyətlidir: DİN və Dövlət Təhlükəsizlik Xidməti (DTX). Lakin səlahiyyətlərin konkretliyi indiyədək də problemlidir. Milli internet resurslara hücumlar, telekommunikasiya və enerji şəbəkələrinə qarşı hücumlar, profil və ya şifrə oğurluğu, bank kartları ilə olan cinayətlər, fərdi məlumatların oğurluğu, dövlət resurslarına hücumlar, dövlət resurslarından məlumat oğurluğu, sosial media hesablarının və səhifələrin oğurluğu və s. bütün bu kimi cinayətlərlə bağlı vətəndaşın və ya qurumun müraciət edəcəyi yer bilinməlidir. Fikrimcə DTX və DİN arasında kibercinatətkarlıqıa bağlı səlahiyyətlər konkretləşməlidir. Yalnız milli təhlükəsizlik mahiyyəti daşıyan kibercinayətlər DTX-ya verilməlidir. Qalan bütün kiber sahələrdə olan cinayətkarlıqla mübarizə DİN-ə tapşırılmalıdır. Bütün bölgələrdə, bütün rayon-şəhər polis şöbələrində kibercinayətkarlıqla mübarizə strukturu formalaşdırılmalıdır. Kadrlar hazırlanmalıdır. Bununla bağlı qanunvericiliyə təkliflər hazırlanmalıdır. İlkin olaraq tezliklə DİN nəzdində Kibercinayətkarlığa qarşı mübarizə üzrə struktur yaradılması doğru addım olardı”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »