Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Twitter”in işçiləri ofisə gəlmədən işləyəcəklər - Koronavirus təhlükəsi
2019-01-10_225730

“Twitter” yeni növ koronavirusun yayılma riskini azaltmaq üçün əməkdaşlarını evdən işləməyə təşviq edir.

Bu barədə şirkətin bloqunda məlumat verilib.

Bildirilib ki, “Tvitter”in Honkonq, Yaponiya və Cənubi Koreyadakı işçiləri mütləq qaydada məsafadən işə keçiriləcək. Digər ölkələrdən olan işçilər ofisə gələcəklər, lakin şirkət bütün fəaliyyətin uzaqdan icra edilməsi imkanları üzərində işləyir.

Qeyd edək ki, ötən ilin sonlarında Çinin Hubey əyalətinin Uhan şəhərində yeni növ koronavirusun yayılması qeydə alınıb. COVID-19 adı alan virusa indiyə qədər Çində 80 mindən, Çindən kənarda isə 8,7 mindən çox adam yoluxub. Çində 2 943, Çindən kənarda isə 128 nəfər virusun qurbanı olub.(report)

Paylaş »
››› Həkim: "Koronavirusa yoluxub heç bir əlaməti olmayan xəstələr də var"
››› “Azərişıq” ödənişlə bağlı yayılan məlumatlara cavab verdi
››› İtaliyada virusa yoluxanların və ölənlərin sayında azalma qeydə alındı
››› Koronavirusun olmadığı tək yer - Fotolar
››› İtaliyada koronavirusdan ölənlərin statistikası
Son xəbərlər
Bütün xəbərlər »