Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avro qonşu ölkədə rekord vurdu: Dollar da qalxır

Rusiya valyutası son ayların, bir az da uzağa getsək, təxminən axırıncı bir ilin ən ağır dövrünü yaşayır. Rubl dayanmadan dəyər itirir.

Bizimyol.info xəbər verir ki, avro Rusiyada rekord vurub. Avropa valyutası Moskva birjasında 75 həddini keçib. Sonuncu dəfə keçən il martın 1-də belə göstərici qeydə alınmışdı.

Rubl dollara nisbətən də güc itirir. İndi qonşu ölkədə 1 ABŞ dollarını təxminən 67 rubla dəyişmək mümkündür. Məsələn, 17.00-da Moskva birjasında 67,33 göstəricisi rəsmiləşmişdi.

Ümumiyyətlə, koronavirus dünya birjalarının işinə çox təsir göstərib. Ümumi kapitallaşmanın məbləği 5 trilyon dollar azalıb.

Son xəbərlər
Bütün xəbərlər »