Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hansı bürclərin ittifaqı daha güclü olur...

Elə bir adam tapılmaz ki, heç olmasa, bir dəfə bürclərin bir-birinə nə dərəcədə uyğun gəlməsi ilə maraqlanmasın. Bizimyol.info bürclərin ən uğurlu 10 ittifaqını fərqləndirib.

Dolça və Tərəzi – Onlar birlikdə eyni işlə məşğul olmağı xoşlayırlar. Münasibətdə harmoniya yaratmaq üçün bir-birinə çox güzəştə gedirlər. İfrat emosiyalardan qaçırlar - ən doğrusu da budur.

Dolça bürcü Dolça bürcü | Foto: Pixabay.com

Şir və Oxatan – Hərəsinin öz maraq dairəsi var, amma bir-birinin əyləncəsinə hörmət edirlər. Əlbəttə, mübahisələri də olur. Buna baxmayaraq, kişi və qadın olaraq bir-birilərini yaxşı tamamlayırlar.

Oxatan bürcü Oxatan bürcü

Xərçəng və Balıqlar – “Can deyib can eşitmək” bu bürclərin ittifaqına aiddir. Adətən, həmkar olanda evlənmək qərarı verirlər.

Xərçəng bürcü Xərçəng bürcü

Xərçəng və Əqrəb – Çox emosional ittifaqdır. Hərdən elə gələ bilər ki, onların biri digərinə heç vaxt xoşbəxtlik gətirə bilməz. Münasibətləri daha çox Əqrəb xilas edir. Tez inciyən Xərçəngin könlünü almağı bacarır.

Əqrəb bürcü Əqrəb bürcü

Əkizlər və Dolça – İdeal cütlüklərdən sayılırlar. Həmişə ümumi maraqlar tapmağı bacarırlar. Eksperiment etməkdən çəkinmirlər.

Əkizlər bürcü Əkizlər bürcü

Qoç və Dolça – Qoçların xarakteristikası çoxşaxəlidir. Amma Dolçalar onlarla yola getməyin yolunu bilirlər. Birlikdə heç vaxt darıxmazlar.

Qoç bürcü Qoç bürcü | Foto: Pixabay.com

Qoç və Oxatan – Onlar heç vaxt ayrılmayacaq cütlüklərdəndirlər. Bir-birini yarım sözdən anlayırlar.

Buğa və Xərçəng – Onların münasibətlərində heç vaxt fikir ayrılığı yaranmır. Hər xırdalığa həssas yanaşırlar. Romantika yetərincə olur.

Buğa bürcü Buğa bürcü

Buğa və Oğlaq – Məhəbbətləri haqqında az qalırlar ki, bütün dünyaya car çəkələr. Ola bilər ki, yetərincə romantik deyillər. Amma yaxşı dil tapırlar.

Qız bürcü Qız bürcü

Buğa və Qız – Qızlar çətin tərəf müqabili sayılırlar. Onlarla hər kəs yaxşı yola gedə, xüsusilə ailə həyatında xoşbəxt ola bilməz. Buğalar bunun öhdəsindən gəlir.

Son xəbərlər
Bütün xəbərlər »