Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanı etiraz aksiyaları bürüdü, yüzlərlə insan saxlanıldı
Bazar günü, iyunun 12-də, Sankt-Peterburq şəhərində korrupsiyaya qarşı etiraz aksiyasında 500 nəfər saxlanılıb.

“İnterfaks”ın verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili işlər nazirliyinin mətbuat mərkəzindən bildiriblər.

Ümumilikdə mitinqdə 3,5 mindən çox insan iştirak edib. Müxalifətin Moskvada keçirdiyi mitinqdə isə 150 nəfər həbs olunub.

Bildirilir ki, Sankt-Peterburqda keçirilən razılaşdırılmamış etiraz aksiyasında 3500, Moskvada isə 4500 nəfər iştirak edib.

****

Rusiyada korrupsiya əleyhinə aksiyaların təşkilatçısı Aleksey Navalnı polis tərəfindən saxlanılıb.

Bu barədə onun həyat yoldaşı Yuliya Navalnaya “Twitter”də yazıb.

“Aleksey evin qarşısında saxlanılıb. O, planların dəyişmədiyini çatdırmağı xahiş etdi. Aksiya Tverskaya küçəsində olacaq”, - deyə o, qeyd edib.

A. Navalnının rəhbəri olduğu Korrupsiya ilə Mübarizə Fondunun ofisinə elektrik enerjisinin verilişi dayandırılıb.

Qeyd edək ki, bu gün Rusiyanın paytaxtı Moskvada korrupsiyaya qarşı etiraz məqsədilə “xalq gəzintisi” keçirilir.

Etiraz aksiyasının təşkilatçısı, müxalifətçi Aleksey Navalnıy son anda tədbirin keçirildiyi məkanın akademik Saxarov prospektindən Tverskaya küçəsinə dəyişdirildiyini açıqlayıb. Tverskaya küçəsindəki etiraz aksiyası isə şəhər hakimiyyət orqanları ilə razılaşdırılmayıb.

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »