İtaliyada koronavirusa yoluxanların sayı 1 000 nəfəri ötüb.
RİA “Novosti” xəbər verir ki, bu barədə Mülki Müdafiə Xidmətinin rəhbəri Anjelo Borelli bildirib.
O, qeyd edib ki, ölkədə 29 nəfər koronavirusun qurbanı olub.
"Pozitiv xəbərlərdən başlayaq - 4 xəstəmiz sağalıb, onlar Liquriyadandır. İndi koronavirusa yoluxmuş 1 049 xəstəmiz var. Virusa yoluxmuş 29 nəfər öldü, 50 nəfər sağaldı”, - o mətbuat konfransında deyib.
Daha əvvəl İtaliyada 21 nəfərin virusdan öldüyü, 821 nəfərin yoluxduğu bildirilirdi.
Anjelo Borellinin sözlərinə görə, koronavirusa yoluxanlardan 52%-i ev şəraitində ətrafdan təcrid ediliblər.(report)