Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Əsədin minlərlə tərəfdarının öldürüldüyünü açıqladı

“Türkiyə Suriya məsələsində macəralar axtarmır və xüsusən ərazilərin genişlənməsinə cəhd etmir”.

“Anadolu” agentliyinin xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, Türkiyə ərazisində artıq 3,7 milyon suriyalı var və ölkə qaçqınların yeni dalğası ilə sadəcə bacarmayacaq.

"Milyon yarım suriyalı hazırda Türkiyə sərhədində toplaşıb. Bu insanlar Bəşşar Əsəd rejimi tərəfindən qurulan zorakılıqdan və qanunsuzluqdan qaçırlar", - Ərdoğan deyib.

"Biz neft və ya Suriya ərazisi axtarışında deyilik. İdlib problemi son dövr Türkiyənin bütün uğurlarını əlindən almaq cəhdi ilə yaradıldı. Bizi sıxışdırırlar və təhrik edirlər", - dövlət başçısı deyib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə İdlibdə təhlükəsizlik zonası formalaşdırmağa və bununla öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə çalışır.

Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətinin nəticələrini şərh edərək deyib: "Mən Putindən açıq soruşdum - siz İdlibdə nə edirsiniz? Əgər hərbi baza yaratmaq istəyirsinizsə, onda yaradın, ancaq Türkiyənin yolundan gedin".

Ərdoğan bildirib ki, Türkiyə Bəşşar Əsədin tərəfdarlarına öz qətiyyətini nümayiş etdirəcək.

"Türkiyə özünün həlak olan hərbi qulluqçularının qisasını almaqda davam edəcək. Bugünkü gün üzrə Əsəd rejiminin 2100-dən çox tərəfdarı məhv edilib", - Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, bir gün əvvəl 7 kimyəvi maddənin olduğu anbar vurulub.(report)

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »