Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: "Hakimdən başqa hamı dedi ki, təmiz qoldur"

“1 xal qazandıq. Xallarımızın üzərinə 1 xal da gəldi”.

Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XIX turunda “Sabah”la evdə qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis rəqibin 90 dəqiqə müdafiə olunduğunu bildirib: "Belə rəqibə qarşı çoxlu qol epizodu yaratmaq çətindir. Amma xeyli sayda şansımız oldu. Futbolçular çox əziyyət çəkdilər, 90 dəqiqə ərzində oyun intizamını qorudular. Tam ideal oyunu göstərmək mümkün deyil. Bəzi səhvlərin olması normal haldır”.

Qurbanov oyunun sonlarında sayılmayan qol epizodu barədə də danışıb: "Hakimdən başqa hamı dedi ki, təmiz qoldur. Hətta rəqib komandanın nümayəndələri də. Daha diqqətli olmalıdırlar. Bizim qapımız qarşısında da belə hal olsa, ədalətli qərar istəyərik. Son vaxtlar səhvlər daha çoxdur, hakimlər daha gərgindirlər. Gəncdirlər, daha diqqətli olmalıdırlar. Yəqin ki, bunun üzərində çalışırlar".(report)

Paylaş »
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
Son xəbərlər
Bütün xəbərlər »