ABŞ prezidenti Donald Tramp Əfqanıstanın “Taliban” hərəkatı ilə sazişin imzalanmasından sonra bildirib ki, Birləşmiş Ştatlar nəhayət ən uzun müddətli müharibəni qurtarmaq və əsgərlərinin evə qaytarması üzərində işləyir.
Bu barədə RİA “Novosti”yə istinadən xəbər verir.
"Biz nəhayət Amerikanın ən uzun müddətli müharibəsinə son qoymaq və qoşunlarımızı evə qaytarmaq üzərində işləyirik", - Trampın yayılmış bəyanatında deyilir.
Qeyd edək ki, bu gün ABŞ və "Taliban" Qətərdə sülh razılaşmasını imzalayıb.(report)