Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruhani və Ərdoğan arasında telefon danışığı olub

İran Prezidenti Həsən Ruhani türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğanla telefon danışığı aparıb.

Telefon danışığında H. Ruhani türkiyəli həmkarına ölkəsinin ev sahibliyi ilə Türkiyə, İran və Suriyanın üçtərəfli iclasının keçirilməsini təklif edib.

H. Ruhani bildirib ki, İdlibdə terrorçuların kökünü kəsməklə yanaşı dinc və günahsız insanlar qorunmalıdır. Bu, bütün tərəflərin vəzifəsidir və diqqətə alınmalıdır.

İran Prezidenti onu da deyib ki, İdlib probleminin Tehranda keçiriləcək üçtərəfli görüşüə müzakirəsi buna töhfə verə bilər.

Telefon danışığında H. Ruhani türkiyəli həmkarına koronovirusla bağlı dəstəyə görə təşəkkür edib və bildirib ki, İran Türkiyə ilə müştərək səhiyyə protokolu icra etməyə hazırdır: "Koronavirusun nəzarətə götürülməsi, onun qarşısının alınması və yoluxmuş insanların müalicəsi üçün çox önəmli proqramlar icra olunub və ümid edirik, tezliklə bu böhran sona çatacaq".(apa)

Paylaş »
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Vaksinasiya ilə əlaqəli qalmaqal: Peyvənddən imtina edənlərə həkimdən açıqlama
››› Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb, bölgələrə qar yağıb
Son xəbərlər
Bütün xəbərlər »