Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Konstitusiya Məhkəməsi bir çox dairələrin nəticələrini ləğv edə bilər - Video

113 Saylı Şəki Şəhər Seçki Dairəsində saxtakarlığın baş verdiyini əks etdirən yeni video-görüntülər yayıldı!

Bizimyol.info xəbər verir ki, bu barədə deputatlığa namizədlər məlumat verib.

Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərin ümumi yekunlarına dair protokolun təsdiqlənməsi üçün 26 fevralda Konstitusiya Məhkəməsinə müraciət etdikdən az sonra Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi tərəfindən YouTube-yə 113 Saylı Şəki Şəhər Seçki Dairəsinin bəzi məntəqələrində saxtakarlığın baş verdiyini əks etdirən yeni video-görüntülər yerləşdirilib. Ardınca, bu dairədən namizədliyini irəli sürmüş Razim Rzayev də öz Feysbuk səhifəsində 10-adək video-görüntü paylaşdı.

113 Saylı Şəki Şəhər Seçki Dairəsindən namizədliyini irəli sürmüş Razim Rzayev, Həbibulla Manaflı və Tünzalə Məmmədzadə müxtəlif məhkəmə instansiyalarında seçki saxtakarlığı ilə bağlı şikayətlərini davam etdirmədədir. Bu səbəbdən də Konstitusiya Məhkəməsinin 113 saylı Şəki Şəhər Seçki Dairəsi üzrə rəsmi nəticəni təsdiqləyəcəyi şübhə altına düşür.

Məlumat üçün əlavə edək ki, Seçki Məcəlləsinin 171.1, 171.3, 171.4-cü maddələrinə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq etməlidir. Hazırda MSK-nın elan etdiyi nəticələrin mövcud reallıqları nə dərəcədə əks etdirib-etdirmədiyi, eləcə də Konstitusiya Məhkəməsinin rəyinin necə olacağı ekspert dairələrində ciddi müzakirə mövzusudur. Konstitusiya Məhkəməsinin qərarının fərqli ola biləcəyini də, MSK-nın elan etdiyi yekun rəyin olduğu kimi saxlanacağını da düşünənlər var. Bəzi siyasi ekspertlər isə əmindirlər ki, Konstitusiya Məhkəməsi bir çox dairələrin nəticələrini ləğv edə bilər.

Qeyd edək ki, MSK-nın elan etdiyi ilkin nəticələrə görə, 113 saylı Şəki Şəhər Seçki Dairəsindən Vüqar İsgəndərov – 52. 9 % səslə lider hesab olunur.

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »