“Azərbaycan Hava Yolları” QSC (AZAL) İrana uçuşları dayandırır.
Bizimyol.info xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Məlumatda bildirilib ki, bu gün axşam aviaşirkətin aşağı büdcəli törəməsi “Buta Airways” İmam Xomeyni adına hava limanından sərnişinsiz qayıdaraq Bakı-Tehran istiqaməti üzrə son J2-9005 nömrəli reysini yerinə yetirəcək.
Həmçinin “İran Air” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşları dayandıracaq.