Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranın sabiq naziri koronavirusa yoluxub

İranın keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi koronavirusa yoluxub.

"Iran International" telekanalı xəbər verir ki, 59 yaşlı siyasətçi xəstəxanaya yerləşdirilib və karantinə alınıb.

Telekanal İranda indiyədək koronavirusdan 212 nəfərin öldüyünü də açıqlayıb.

Qeyd edək ki, o, 2005-2008-ci illərdə ölkənin daxili işlər, 2013-2017-ci illərdə isə ədliyyə naziri işləyib.

İranda rəsmi məlumata görə koronavirusdan ölənlərin sayı 43, infeksiya daşıyıcılarının sayı 593 nəfərdir. Onların 5-i deputatdır. Eyni zamanda 123 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, daha əvvəl İranda səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və deputatlar - Mahmud Sadiqi və Müctəba Zünnur koronavirusa yoluxub.(report)

Paylaş »
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »