Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "İdlibdə şəhidlərin sayı 36-ya çatıb, Suriya ilə mübarizədə qərarlıyıq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İdlibdə Türkiyə ordusunun şəhidlərinin sayı 36-ya çatıb.

Ərdoğan bildirib ki, Türkiyə hakimiyyətinin məqsədi şəhid vermədiyi günlərə çatmaqdır.

Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə son danışığını xatırladaraq deyib ki, əgər Rusiyanın Suriyada hərbi baza qurmaq niyyəti varsa, bunun üçün Türkiyənin önünü kəsməməlidir: "Çəkilin, dedim, Suriya rejimi ilə təkbətək mübarizə aparaq. Suriya məsələsi Türkiyə üçün əsla bir macəra deyil, Türkiyənin Suriyada olmasından narahat olanlara təəssüf edirəm. Ölkəmizi terror dəhlizi ilə mühasirəyə almağa qalxanlara qarşı mübarizə aparırıq. 4 milyon insan sərhədlərimizə doğru hərəkət edir. Hazırda 1,5 milyon sərhədimizdədir".

Ərdoğan onu da deyib ki, əgər bu gün Türkiyə mübarizəsini davam etdirməsə, sabah Hatay, Şırnak, Şanlı Urfa və Gaziantepdə də şəhid verəcək: "Biz Türkiyə hakimiyyəti ilə mübarizəyə qərarlıyıq".(apa)

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
Son xəbərlər
Bütün xəbərlər »