Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda yüksək vəzifəli məmurlar həbs olunub

Gürcüstanın Borjomi bələdiyyəsinin rəhbəri Levan Lipartiya və Şəhər Şurasının sədri Giorgi Qoqiçaşvili rüşvət alma faktına görə saxlanılıb.

Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, şura sədri sahibkardan xüsusi icazənin verilməsi üçün 200 min lari məbləğində rüşvət tələb edib və ilkin olaraq 20 min lari alıb.

Həmçinin müəyyən olunub ki, Borjomi bələdiyyəsinin rəhbəri Bakurianidə qanunsuz tikintinin müdafiəsi üçün həmin sahibkardan 10 500 lari məbləğində rüşvət tələb edib və ilkin olaraq 8 min lari alıb. Məmurun dostu bu faktı bilsə də, cinayət barədə aidiyyəti qurumlara məlumat verməyib. Həmin şəxs də saxlanılıb.

Faktla bağlı xüsusilə böyük məbləğdə rüşvət alma maddəsi üzrə istintaq aparılır. Məmurları 7 ildən 15 ilədək, faktı gizlədən şəxsi isə 3 ildən 7 ilədək həbs cəzası gözləyir. (report)

Paylaş »
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Masallı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »