Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arif Hacılı: "Hakimiyyətlə görüş təklifini qəbul etdim"

Müsavat Partiyasının başqanı Arif Hacılı da Prezident Administrasiyasına dəvət alıb.

Bizimyol.info xəbər verir ki, o, bu barədə barədə soial şəbəkə hesabında məlumat verib.

Partiya başqanı qeyd edib ki, mənə ünvanlanan suallara cavab olaraq bildirirəm ki, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüş üçün dəvət almışam: "Görüş təklifini qəbul etdim".

"Bu görüşün Müsavat Partiyasının qərargahında keçirilməsinin siyasi baxımdan daha düzgün olduğunu bildirdim", - A.Hacılı əlavə edib.

Xatırladaq ki, PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn və ReAL Partiyasının sədri İlqar Məmmədovla ayrı-ayrılıqda görüş keçirib.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Azərbaycan əsgəri minaya düşərək həlak olub
››› Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların vəziyyəti necədir...
Son xəbərlər
Bütün xəbərlər »