Prezident Administrasiyasının şöbə müdiri REAL Partiyasının sədri İlqar Məmmədovla görüşüb.

Bizimyol.info xəbər verir ki, İlqar Məmmədov bu barədə sosial şəbəkə hesabında məlumat verib.
O qeyd edib ki, bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə REAL sədri olaraq görüşdüm, söhbət etdik: "Hakimiyyət və müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyini söhbət zamanı qarşılıqlı olaraq bildirdik. Daha çox tanışlıq görüşü idi, bəzi perspektiv mövzulara sadəcə toxunduq. Ümid edək ki, bundan sonra müntəzəm ünsiyyət və əməkdaşlıq siyasi rəqabətin tərkibində layiqli yer alacaq".
İ.Məmmədov qeyd edib ki, görüş Prezident Administrasiyasında deyil, "Respublika" qonaq evinin konfrans zalında keçirildi.
Fevralın 27-də Prezident Administrasiyasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynla da belə bir görüş keçirilib.