Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Goranboyda adam öldürən polis zabitinin məhkəməsi başlayıb

Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboyda insident zamanı silahdan istifadə edən və qətl törədən polis əməkdaşı, polis leytenantı Kərimov Vüsal Əlöysəd oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 13-ə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il iyul ayında Goranboy rayonu Goran qəsəbəsi yaxınlığında baş verib.

Ərazidə xidmət aparan əməliyyat müvəkkili Vüsal Kərimova vətəndaş müraciət edərək bir qrup şəxsin yol kənarında toplaşaraq mübahisə etdiyini bildirib. Dərhal polis əməkdaşı onlara yaxınlaşıb. Bu zaman mübahisə edənlərdən biri onu yumruqla vuraraq yerə yıxıb. Belə olan halda polis əməkdaşı ona təhkim olunmuş tabel silahı ilə havaya xəbərdarlıq atəşi açıb. Silahdan açılan atəş 1999-cu il təvəllüdlü Əhmədov Təbriz Xalıq oğluna dəyib. Nəticədə o aldığı xəsarətdən ölüb.

Polis leytenantı Kərimov Vüsal Əlöysəd oğluna Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma – ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib.(apa)

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
Son xəbərlər
Bütün xəbərlər »