Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk iş adamları Azərbaycanda valyuta rejiminin yumşaldılmasını alqışlayırlar
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) Azərbaycanda valyuta rejiminin yumşaldılması ilə bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) qərarını alqışlayıb.

Bizimyol.info xəbər verir ki, TÜİB-in bununla bağlı yaydığı açıqlamaya əsasən, TUİB sədri Hüseyin Büyükfırat bu addımın yerli və xarici iş adamları, biznes dünyası və ümumilikdə ölkə iqtisadiyyatı üçün müsbət nəticələr verəcəyini bildirib. Açıqlamada bildirilir:

"Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar iş adamlarına daha yaxşı biznes şəraiti yaratmaqla iqtisadiyyatın inkişafına dəstək verməkdədir.

Bu addımlardan biri də Azərbaycan Mərkəzi Bankının valyuta rejimi ilə bağlı fevralın 20-də qəbul edilən qərar idi. Bu qərar nəticəsində xaricdən avadanlıq, xammal və yarımfabrikatların gətirilməsinə dəstk verir və bu sahədəki indiyədək mövcud problemləri aradan qaldırır.

Məlum olduğu kimi, xaricdən alınan avadanlıqların, məhsulların, yarımfabrikatın və sair malların istehsalı, hazırlanması və göndərilməsi üçün müəyyən müddət tələb olunur. Və bəzi hallarda indiyədək mövcud olan 270 günlük müddətdə bu işləri tamamlamaq mümkün olmadığından problemlər yaranır, iş adamlarına cərimələr tətbiq edilirdi.

Yeni qərar, yəni bu müddətin uzadılması isə yaxşı niyyəti olan əsl sərmayəçiləri və iş adamlarının qarşısını açacaq, xarici valyutanın ölkədən yalnız məqsədinə uyğun olaraq çıxarılmasına imkan verəcək.

Buna görə də biz, TUİB rəhbərliyi olaraq bu yeni qərarı dəstəkləyir və alqışlayır, bu və bunun kimi digər yeni islahatların davamını gözləyirik.

Hesab edirik ki, belə addımlar iş adamlarının Azərbaycanda daha da fəallaşmasına, iqtisadiyyata dəstəyinin güclənməsinə və yatırımlarının daha da yüksəlməsinə gətirib çıxaracaq".

Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20.02.2020-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər təsdiq olunmuşdur.

Dəyişikliklərə əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 (iki yüz yetmiş) gündən ən geci 2 (iki) il müddətinə qədər uzadılmış, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılmışdır.

AMB bildirir ki, qərar son illər ölkənin tədiyə balansı göstəricilərində müşahidə edilən yaxşılaşma prosesləri, gömrük nəzarətinin, bütövlükdə valyuta nəzarətinin gücləndirilməsi istiqamətində aparılan islahatların müsbət nəticələri nəzərə alınmaqla qəbul edilmişdir.

Bizimyol.info

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »