Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özünüzdə koronavirus əlamətləri hiss etdikdə, ilk olaraq nə etməli... – Təcili yardımdan açıqlama

Azərbaycanda Çin koronavirusu daşıyan konkret xəstə aşkarlandı.

Bəs ölkə daxilində özündə bu virusun əlamətlərini hiss edən vətəndaşlar ilk olaraq nə etməli, kimə zəng etməli, hara xəbər verməlidir?

Bizimyol.info xəbər verir ki, Medicina.az saytı sınaq üçün təcili yardım 103 xidmətinə zəng edərək, “iş yerində koronavirus şübhəli əməkdaşımız var,özü klinik mərkəzə getsin, yoxsa siz gəlib aparırsız” sualını verdi.

103 xidmətindən bildirildi ki, xəstə təcili yardıma zəng edib, heç yerə getmədən ambulansı gözləməlidir.

Ona görə də məlumat olaraq bildiririk ki, koronavirus şübhəli istənilən insan birinci növbədə 103 xidmətinə zəng edir, daha sonra evdədirsə, ayrıca otağa keçib, ailə üzvlərini yaxına qoymamalı, ağzına maska və ya sadəcə dəsmal bağlamalıdır, əgər çölə çıxa bilirsə, açıq havaya və geniş sahəyə çıxaraq, təcili yardımı gözləməlidir.

Təcili yardım Bakıda koromavirus müalicəsi üçün ayrılmış xüsusi klinikalara sizi transfer edəcək, həmin yerdə lazımi analizlər aparılacaq.

Cavablar neqativ çıxsa da, yəni sizdə koronavirus aşkarlanmasa da, həkim nəzarətində 7 gün karantin müddətində qalmalısız.

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
Son xəbərlər
Bütün xəbərlər »