Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinlə Ərdoğanın görüşü planlaşdırılır

Kreml Rusiya və Türkiyə prezidentlərinin görüşünün təşkilinə çalışır.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşü Moskvada 5-6 mart tarixlərində keçirilə bilər.

Qeyd edək ki, Putinlə Ərdoğanın telefon danışığı da olub. Onlar Suriyanın İdlib şəhərində münaqişənin kəskinləşməsi məsələsini müzakirə ediblər.

Xatırladaq ki, fevralın 27-dən 28-nə keçən gecə Suriyada Əsəd rejimi qüvvələri türkiyə Silahlı Qüvvələrinin əsgərlərinə aviahücum edib. Nəticədə 33 türk əsgəri şəhid olub. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »