Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə yerləşdirilənlərin sayı artıb.
Bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya məlumat verib.
Onun sözlərinə görə, hazırda 39 nəfər karantinə götürülüb: "21 pasiyentdə koronavirus təsdiqlənməyib. Ancaq bununla belə, onlar karantində saxlanılacaq".
Qeyd edək ki, Gürcüstanda 2 nəfərdə koronavirus aşkarlanıb. (Report.az)