Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusa görə miqrantları Moskvadan qovurlar

Rusiyanın paytaxtı Moskvada təxminən 100 miqrantı ölkədən çıxarmağa hazırlaşırlar.

Şəhər rəhbərliyi onların koronavirusla bağlı izolyasiya rejimini pozduğunu düşünür.

Bizimyol.info xəbər verir ki, Moskva merinin sosial inkişaf üzrə müavini Anastasiya Rakova bu haqda məlumat verib. Onun sözlərinə görə, hələlik ölkədən qovulacaq 88 əcnəbini müəyyənləşdiriblər. Həmin şəxslər deportasiya olunacaq. Amma Rakova miqrantların hara qovulacağını bildirməyib. Merin müavini yalnız onu deyib ki, paytaxtda koronavirusa yoluxan yoxdur.

Bundan əvvəl Rusiyanın yeni baş naziri Mixal Mişustin Cənubi Koreya və İran vətəndaşlarının ölkəyə buraxılmayacağını bildirmişdi.

Dünyada koronavirusun qeydə alındığı ölkələrin sayı 55-ə çatıb. Təxminən 84 min virus daşıyıcısı var. 2900 nəfərdən çox xəstə həyatını itirib.

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »