İdlib döyüşləri Türkiyəni bölgə üçün çox əhəmiyyətli addım atmağa məcbur etdi.
Suriyalı miqrantlara Avropa sərhədlərinə yaxınlaşmağa imkan verildi.
Bizimyol.info xəbər verir ki, Yunanıstanın sərhədçiləri suriyalı miqrantların qarşısını almaq üçün bütün vasitələrdən istifadə edir. “Twitter”də paylaşılan videolarda yunan əsgərlərin sərhəddə yanğın törətdiyi görünür. Onlar bu üsulla miqrantlara mane ola biləcəyini düşünür.
Ümumiyyətlə, Yunanıstan tərəfi Türkiyə ilə sərhədə böyük qüvvə cəlb edib. Dəniz donanması da əraziyə nəzarəti artırıb.
Türkiyə İdlib əməliyyatlarında ardıcıl itkilər verir. Dünən Rusiya qırıcılarının hücumu zamanı 33 türk əsgəri həlak olub. Məhz bundan sonra miqrantlara Avropaya üz tutmağa şərait yaradılmışdı.
Yunanistan İpsala sınır kapısını araç ve barikatlarla kapattı pic.twitter.com/gaEUUiv8kU
— Politic Türk (@politicturk) February 28, 2020