Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərəb ölkəsi vətəndaşlarına Türkiyəyə getməməyi məsləhət gördü

Türkiyədə koronavirusdan çox İdlib əməliyyatları müzakirə edilir. Hərçənd, rəsmi virusa yoluxma da elan olunmayıb.

Bizimyol.info xəbər verir ki, nə qədər qəribə olsa da, Səudiyyə Ərəbistanı vətəndaşlarına Türkiyəyə getməməyi məsləhət görüb. Ərəb ölkəsinin Ankaradakı səfirliyi bununla bağlı vətəndaşlara müraciət ünvanlayıb. Səudiyyə Ərəbistanı Türkiyəni virusa yoluxmaq ehtimalının yüksək olduğu bölgə sayır.

Səudiyyə Ərəbistanı Qazaxıstanla bağlı da oxşar mövqe göstərib. Ər-Riyad indiyə qədər rəsmi yoluxma qeydə alınmadığı Orta Asiyanı bu müstəvidə təhlükəli adlandırıb. Bundan başqa, Çinin, İtaliyanın, Cənubi Koreyanın, Yaponiyanın, Malayziyanın və Sinqapurun adı çəkilib.

Son xəbərlər
Bütün xəbərlər »