Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə valyutası dəyər itirir

Türkiyə ətrafında baş verənlər ölkə valyutasına yalnız zərər vurur.

Koronavirusun coğrafiyasının genişlənməsi, İdlibdə Rusiya ilə müharibə şəraitinin yaranması, suriyalı miqrantların Avropa sərhədlərinə doğru yönəlməsi birjalarda sözünü deyir.

Bizimyol.info xəbər verir ki, lirə dayanmadan dəyər itirir. Gün ərzində qardaş ölkədə dolların məzənnəsi 6,25 səviyyəsinə qədər yüksəlib. Başqa valyutalara münasibətdə də lirə güc itirib. Axırıncı dəfə 2018-ci ilin sentyabrında lirə belə gücsüz təsir bağışlamışdı. Mütəxəssislər Türkiyə valyutasının geriləməkdə davam edəcəyini düşünür.

Dollar-rubl

Rusiyada da oxşar hadisələr baş verir. Rubl Qərb valyutalarına nisbətən zəifləyir. Rus pulu müəyyən fasilədən sonra dollara nisbətən 66 psixoloji həddini keçib.

Son xəbərlər
Bütün xəbərlər »