Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda koronavirus aşkarlanan şəxsin 23 yaşı var

“1997-ci il təvəllüdlü Rusiya vətəndaşı yüksək hərarətlə xüsusi karantin mərkəzinə aparılıb və lazımi analizlər götürülüb. Nəticədə həmin şəxsin koronavirusa yoluxduğu müəyyənləşib. Hazırda vəziyyəti stabildir”.

Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahının koronavirusla bağlı keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sərhəd keçid məntəqələrində iki mərhələli yoxlamalar mövcuddur.

Y.Qarayeva qeyd edib ki, bütün xəstəxanalarda işçilərdən qoruyucu vasitələrlə təmin olunub:

"Bütün ehtiyac olan dərmanlarla xəstəxanalar təmin olunub. Qobustan, Astara və Cəlilabad rayon xəstəxanaları, dəstək olaraq Biləsuvar, Masallı və Bakıda 1 saylı Kliniki Tibbi Mərkəz, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu və 7 saylı Uşaq xəstəxanası ayrılıb". (Report.az)

Paylaş »
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› Açıq-gizli Şuşa mesajları
››› İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Makron Ərdoğana türkcə başlayan məktub göndərdi
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
Son xəbərlər
Bütün xəbərlər »