Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda koronavirusun aşkarlanması ilə bağlı brifinq keçirilir

Nazirlər Kabineti yanında operativ qərargah Azərbaycanda koronavirusun aşkarlanması ilə bağlı brifinq keçirir.

Brifinqdə Qərargahın üzvü, Baş İnfeksionist Cəlal İsayev, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva, TƏBİB-in yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev iştirak edirlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

Xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.(apa)

Son xəbərlər
Bütün xəbərlər »