Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: “Biri Əsədə düşmən, digəri dostdur, rusla türk necə bir ola bilər?”

Açıq-açıq dilə gətirilməsə də, əslində Suriyanın meydanında rus və türk qoşunları toqquşmaqdadır. Bunun sonu necə görünür? NATO türklərə dəstək verdiyini artıq bəyan etdi.Bu qanlı toqquşmaların sonu nə ilə nəticələnəcək?

Bizimyol.info-nun suallarını politoloq Arzu Nağıyev cavablandırır.

Arzu Nağıyev Arzu Nağıyev

“Bu sonluğu öncədən görmək mümkün idi. Türkiyə və Rusiyanın ərəb dünyası üzərində maraqları üst-üstə düşə bilməz. Hər nə qədər diplomatik vasitələr işə salınsa da, Suriya məsələsində bu iki tərəf ortaq məxrəcə gələ bilmədi.Suriyada dünaynın güclü dövlətlərinin hər birinin öz marağı var.Bütün dövlətlərin maraqları üst -üstə düşmədiyinə görə bu ölkə savaş meydanına çevrildi. Burada Rusiya nə istəyirdi? Rusiya istəyirdi k, İdlibi də ələ keçirdikdən sonra bu əraziləri Türkiyənin nəzarətində olan qruplşamlardan təmizləsin. Rusiya bu qruplardan bir çoxunu, o cümlədən İŞİDi-də terror qruplaşması elan etdi və onlara qarşı müharibə elan etdi. İdlibdəki bu qruplar öz dəhlizlərini yaratmışdılar.Rusiya öz maraqlarını əldə bayraq edərək, əməliyyatlara başladı.

Bu müharibədə tək rus hərbçiləri yox, onun təsiri altında olan qüvvələr də döyüşür. Rusiya guya Əsədlə birləşərək terrorizmlə mübarizə aparır, amma bu ad altında Əsədlə birləşərək Əsədə qarşı olan dövlətlər və qüvvələrlə də müharibə aparır. Bunlar Türkiyə, Suriya müxalif qüvvələridir. Əslində maraq ondan ibarətdir ki, Rusiya Suriya ərazisində öz hökmranlığını qurmağa çalışır. O cümlədən Suriya ərazisində Sovet dövründən qalmış hərbi bazaları da bərpa edir.Maraqlıdır ki, yenidən qaçqınların sayı artacaq. 30 kilometrlik ərazidə birgə patrul ərazisi yaradılmışdı, indi o ərazilər dağılmaq üzrədir və Türkiyə bunu saxlamağa çalışır. Avropa Türkiyəyə vəd etdiyi pulu vermir. Türkiyə indiyədək qaçqınlar üçün 50 milyard vəsait xərcləyib. Ona kömək edilmir, Türkiyə bu köməyi də tələb edir Elə buna görə sərhədləri açıb, qaçqınların Avropaya axınını təmin edəcəyini də bəyan etdi. Suriya böhranında ABŞ öncələr Türkiyəni dəstəkləsə də S400 böhranından sonra araları dəydi. Əsəd rejimini Türkiyə istəmir, Rusiya dəstəkləyir. Onlar necə eyni maraqdan danışa bilərlər. Dünən 33 türk əsgəri şəhid oldu. Rusiya hələ də hadisədəki rolunu boynuna almır. Amma bir neçə gün öncə Suriyada uçan hərbi təyyarələrdə rus təlimatçıların olduğunu bəyan etmişdi.

Görünən odur ki, Rusiya -Türkiyə qarşıdurması davam edəcək. Türkiyə öz mübarizəsini davam etdirəcək və açıq şəkildə Əsəd rejiminə qarşı müharibə elan etdiyini bəyan etdi. NATO Türkiyədən öz maraqları üçün istifadə etdi. Rusiya da müəyyən mənada bəz məqamlarda Türkiyədən istifadə etdi, amma lazım gələrsə ona qarşı çıxa biləcəyini də göstərmiş oldu”,- deyə o bildirib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »