Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kurt Donili: "Cənub Qaz Dəhlizi layihəsi qazandığımız nailiyyətin təsdiqidir"

ABŞ-ın Enerji Diplomatiyasi üzrə Dövlət Katibinin köməkçisinin müavini Kurt Donili Bakıda səfərdədir.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın Enerji Diplomatiyasi üzrə Dövlət Katibinin Köməkçisinin Müavini Kurt Donili fevralın 26-28 Prezident İlham Əliyev və Energetika Naziri Pərviz Şahbazovda daxil olmaqla digər Azərbaycan rəsmiləri ilə görümək və Cənub Qaz Dəhlizinin Məşvərət Surası Çərçivəsində Nazirlərin Görüşündə iştikat etmək üçün Bakıya səfər edib.

K.Donili Birləşmiş Ştatların Cənub Qaz Dəhlizinə verdiyi dəstəyi yenidən vurğulayıb. O, Cənub Qaz Dəhlizi layihəsini “məqsədlərimizin əldə olunması üçün birgə işləyərək qazandığımız nailiyyətin təsdiqi” deyə bildirib: “Bizim buraya toplaşmağımızın səbəbi sözügedən birgə məqsədə sadiq olmağımız, layihənin uğurla başa çatdırılmasına və birgə məqsədlərimizə dair olan öhdəliyin işarəsidir".

Dövlət Katibinin köməkçisinin müavini həmçinin Birləşmiş Ştatların layihəyə qatılan bütün tərəfdaşlarla birgə işləyərək qaz dəhlizinin davamlı uğurunu təmin etmək istəyini bildirib.

O qeyd edib ki, Cənub Qaz Dəhlizi kəməri genişləndirilə bilən bir layihədir: “Biz ümid edirik ki, digər potensial enerji təzhizatçıları enerji təhlükəsizliyinə təkan verərək bu layihədən bəhrələnə biləcəklər”.

Son xəbərlər
Bütün xəbərlər »