Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: "Azərbaycan diplomatiyasının nüfuzu Suriyadakı gərginliyi səngitməyə kömək edəcək"

Azərbaycan diplomatiyasının nüfuzu Suriyadakı gərginliyi səngitməyə, Rusiya ilə Türkiyənin bununla bağlı mövqelərini yaxınlaşdırmağa kömək edəcək.

Bu barədə Rusiya Diplomatlar Assosiasiyasının sədri, fövqəladə və səlahiyyətli səfir Andrey Baklanov Türkiyə prezidentinin bu günlərdə Azərbaycana səfəri və Suriyadakı mövcud vəziyyətlə bağlı təşkil edilən Moskva – Bakı videobağlantısında bildirib.

“Bu gün bütün dünyanın diqqəti Suriyaya yönəlib. Bakı regionda sabitləşdirici amil olduğuna görə azərbaycanlı həmkarlarımızın mövqeyi Rusiya üçün maraqlıdır və Rusiyada bu mövqedən razıdırlar”, - rusiyalı diplomat qeyd edib.

Ekspertin sözlərinə görə, Suriya böhranında Türkiyə bu gün başlıca oyunçulardan biridir: “Suriya münaqişəsinin tərəfləri hərbi qarşıdurma həddinə çatıblar, lakin oyunçulardan heç biri münaqişədə maraqlı deyil”.

Rusiyalı ekspert Rusiya ilə Türkiyə arasındakı mövcud gərginliklə bağlı Azərbaycanın nadir rol oynaya biləcəyini dilə gətirib: “Bakının vasitəçilik etməsini demirəm, amma uzun müddətdən sonra ilk dəfədir İdlibdə yaranan bu qədər təhlükəli vəziyyəti sabitləşdirməyə kömək edə bilər. Həm Rusiya ilə, həm də Türkiyə ilə xüsusi etimada əsaslanan münasibətləri olan Azərbaycan vəziyyətdən çıxmağa kömək edə bilər”.(report)

Paylaş »
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
Son xəbərlər
Bütün xəbərlər »