Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İdlibdə baş verənlərlə bağlı yaxın 48 saat ərzində Türkiyə qərarını verəcək” - Ekspert

Xəbər verildiyi kimi Suriyanın şimal-qərbində azı 33 Türkiyəli əsgər Suriya "rejim qüvvələri"nin hava hücumu nəticəsində şəhid olub.

Qeyd edək ki, Suriya ordusunun Soçi sazişini pozaraq İdlibə hücum etməsi Ankaranı hərəkətə keçirib. Türkiyə İdlibə çox sayda hərbçi və zirehli texnika cəlb edib.

Yerli mətbuatın verdiyi məlumata görə, İsrail helikopterlərinin Kuneytrədə yerləşən Suriya mövqelərinə zərbə endirməsi nəticəsində üç suriyalı hərbçi yaralanıb.

Problemlə bağlı Azərbaycan-Atlantika Əməkdaşlıq Assosiasiyasının rəhbəri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər Bizimyol.info-ya bildirib ki, parçalanmış ərazi olan Suriyada tərəflər öz maraqlarını təmin etməyə çalışırlar.

Sülhəddin Əkbər Sülhəddin Əkbər

“İdlibdə çoxdan gözlənilən hadisələr baş verir. Rusiya və İranın dəstəklədiyi Əsəd rejimi öz nəzarətni təmin etmək üçün son həmlələrini etdilər. Çünki İdlibdə rejimin nəzarətində olan sahə qalmamışdır. Həmin əraziyə nəzarəti təmin etmək Türkiyəni buradan sıxışdırıb çıxarmaq məqsədləri var. Suriya "rejim qüvvələri"nin təbii ki əsas məqsədi orada radikal- ekstermist qüvvələri məhv etməkdir.

İdlibdə dərin proseslər gedir. Əsəd rejimi bilir ki bu ərazidə toplananlar sünni ərəblərdir. Ümumiyyətlə, Əsəd rejimi sünnilərin ölkəni tərk etməsində maraqlıdır. Ona görə də bu ərazidə təmizlik əməliyyatı başlatdılar. Əsəd rejiminin bu təmizlik əməliyyatına Rusiya birbaşa dəstək verir. Rusiya hava qüvvələri, kəşfiyyat-informasiya və koordinasiya dəstəyini verir.

Əsəd rejiminin İdlibi təmizləməsində qarşısında duran əsas qüvvə Türkiyədir. Onların baxış bucağından yanaşsaq, Türkiyəni sındırmaq və geriyə çəkilməyə məcbur etmək üçün Türkiyə silahlı qüvvələrinə birabaşa havadan zərbələr endirməkdən belə çəkinmədilər. Türkiyə bilir ki hava zərbəsini endirən Rusiyanın hava qüvvələridir”,-deyə S.Əkbər bildirib.

Təhlükəsizlik məsələri üzrə ekspert bildirib ki, yaranmış vəziyyətdə artıq tərəflər öz qərarlarını vermək üçün müzakirələr aparırlar: “Yəqin ki yaxın 48 saat ərzində Türkiyə və digər tərəflər öz qərarlarını ilkin mərhələ üçün vermiş olacaqlar”.

İsrailin Suriya ərazisinə hava hücumunu şərh edərkən S.Əkbər bildirib ki, Suriya çökmüş və parçalanmış dövlətdir və burada tərəflərin öz maraqları var: “Hər dövlətin öz maraqlarına uyğun burada sahə qazanmağa, öz maraqlarını təmin etməyə çalışır. İsrailin maraq göstərdiyi sahə ilə Türkiyənin maraq göstərdiyi sahə tam əks istiqamətlərdədir. Ona görə də İsrailin Suriyaya hava zərbələri endirməsində Türkiyə ilə koordinasiya olunduğunu düşünmürəm”.

Son xəbərlər
Bütün xəbərlər »