Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər kəskin artıb

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən bu ilin yanvar ayı ərzində daşınmaz əmlakın icbari sığortası növü üzrə 10 101,2 min manat sığorta haqqı yığılıb.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 70%-ə yaxın artım deməkdir.

mesgulluq sigorta

Bu müddətdə adıçəkilən sığorta növü üzrə ödənişlərin həcmi də 98% artaraq 306,6 min manatdan 606,6 min manata yüksəlib.

Qeyd edək ki, bütün sığorta növləri üzrə isə şirkətlərin cəmi yığmları 111 550,2 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27%-ə yaxın çoxdur. Bu müddətdə ödənişlər də 53%-ə yaxın artaraq 26 185 min manata yüksəlib.(apa)

Son xəbərlər
Bütün xəbərlər »