Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Müdafiə naziri Bəşər Əsəd rejiminin itkilərini açıqlayıb

“Hərbçilərimizin Suriyanın şimalında, İdlib vilayətində hücuma məruz qalmasından sonra 200-ə yaxın hədəfə havadan və qurudan zərbə endirilib”.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

“Nəticədə 5 helikopter, 23 tank, iki zenit-raket kompleksi və 309 rejim əsgəri məhv edilib”, - deyə nazir vurğulayıb.

O qeyd edib ki, Türkiyə hərbçilərinin olduğu yerlər əvvəlcədən Rusiyanın səlahiyyətli şəxsləri ilə koordinasiya edilməsinə baxmayaraq, bu hücum həyata keçirilib: “Hücum zaman hərbçilərimizin ətrafında heç bir silahlı qrupun olmadığını vurğulamaq istəyirəm”.

Xatırladaq ki, İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində 33 hərbi qulluqçu şəhid olub.(apa)

Son xəbərlər
Bütün xəbərlər »