Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türklər rus deputatın açıqlamasını kobud təhdid olaraq qiymətləndirdi - Cavab olacaq

İdlibdə 33 türk əsgərinin şəhid olması xəbərinin ardından ruslar skandal bir açıqlama yayıb. Rusiyalı politoloq Vladimir Cabarov Türkiyənin idlibdəki əməliyyatlarının Ankara üçün çox pis nəticələnəcəyini bildirib.

Bizimyol.info Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya Hava Qüvvələrinin türk əsgərlərinin olduğu zonaya hücumundan sonra ruslar əslində günahkar olaraq Əsəd rejimini göstəriblər.

Rusiyanın hərbi döyüş gəmiləri Suriya sahillərinə doğru yol alıb. Rusiya donanmasının Qara dəniz filotilyası raket yüklü iki döyüş gəmisini qaynar nöqtəyə doğru yönləndirib.

İki ölkə arasında gərginliyi arıtran açıqlama isə Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Vladimir Cabarovdan gəlib. Cabarov Türkiyənin İdlibdə həyata keçirəcəyi genişmiqyaslı əməliyyatlarının Ankara üçün çox pis nəticə verəcəyini açıqlayıb. Türkiyə Xarici İşlər nazirliyi bu açıqlamanı “küstah təhdid” olaraq dəyərləndirib və şəhidlərin qanının yerdə qalmayacağını bəyan edib.

İlhamə Rəsulova

Paylaş »
››› Binəqədi İcra Hakimiyyətindən Eldar Əzizova ittiham: “O, rəy verib”
››› Azərbaycan Zəngəzurda mühəndis işlərinə başlayıb - Gorusdan həyəcanlı açıqlama
››› Novruz bayramında əfv sərəncamı gözlənilir: kimlər həbsdən çıxa bilər? - Açıqlama
››› Jirinovski yaxın aylarda başlayacaq böyük müharibə haqda: “Rusiya köməyə gələcək...”
››› 15 qat baha qiymətə təyyarə bileti və ya AZAL-ın gəlirləri hara gedir…
››› ƏDV-ni geri alanlar üçün 10+10 aksiyası keçirilir
››› Binəqədi rayon İcra Hakimiyyəti təkzib edir
Son xəbərlər
Bütün xəbərlər »