Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu - Foto
eurovision

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya-2020” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adını açıqlayıb.

Bu il Azərbaycanı Rotterdamda (Niderland) Samirə Əfəndi təmsil edəcək.

Ölkəmizi təmsil edəcək ifaçının seçilməsi üçün beş namizədin iştirak etdiyi qapalı kastinq keçirilib. Onların arasında Samira Əfəndi, Ləman Dadaşova, Elvin Novruzov, Cəbrayıl Rəsulov və Riyad Abdulov iştirak ediblər.

Təmsilçi musiqi prodüserlərinin, müəllif və bəstəkarların, jurnalistlərin, televiziya nümayəndələrinin və s. daxil olduğu Beynəlxalq Musiqi ekspertləri qrupunun səsverməsi əsasında müəyyən edilib.

Samirə Əfəndi Samira Əfəndi

Daha öncədən də “Avroviziya” müsabiqəsinin seçim mərhələsində iştirak edən Samira Əfəndi “Yeni ulduz”, “Böyük Səhnə” (üçüncü yer) və “Səs Azərbaycan” (üçüncü yer) kimi məşhur musiqi layihələrində iştirak edərək güclü vokal səsi ilə yaddaşlarda qalmışdır. Samira Əfəndi 2017-ci ildə Almatıda “Silk Way Star” (üçüncü yer) Beynəlxalq vokal televiziya layihəsinə, 2019-cu ildə isə Qazaxıstan Respublikasında keçirilən “Voice of Nur-Sultan” Beynəlxalq festivalına qatılıb.

Qeyd edək ki, Niderlandın Rotterdam şəhərində keçiriləcək və şüarı “Open up!” (“Açıl!”) olan “Avroviziya -2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 12 və 14-də, final mərhələsi isə mayın 16-da “Ahoy Arena”da reallaşacaq. Azərbaycan təmsilçisi “Avroviziya-2020” müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.

Xatırladaq ki, 16 sentyabr 2019-cu il tarixində Azərbaycanın “Avroviziya-2020” Mahnı Müsabiqəsində iştirakı rəsmən təsdiqlənib.

Paylaş »
››› Avropanın 5 ölkəsi normal həyata qayıdır
››› Avropa Birliyi Ermənistana 92, Azərbaycana 14 milyon avro ayırıb – Səbəb maraqlıdır
››› Qanunsuz kapitalı və əmlakı, sənədsiz evi olanlara şad xəbər - Açıqlama
››› Koronavirusla əlaqələndirilən 5G əslində yeni dünyanın silahıdır
››› Karantinə etiraz: “Ölsə də, mənim uşağımdır, sənə nə?!” - Video
Son xəbərlər
Bütün xəbərlər »