Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusdan qorunmaq üçün bilməli olduğunuz vacib məlumatlar

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı ən önəmli suallara cavab verib.

Bizimyol.info təqdim edir. Maariflənək ki, qorxmayaq.

- Koronavirus nədir?

- Koronaviruslar ailəsi insan və heyvanlar üzərində təsirli olan geniş bir qrupdur.Bir sıra koronavirusların insanda adi soyuqlamadan ən ağır formalara qədər özünü göstərə bilər.Bunlar arasında yaxın Şərq Respirator Sindromu (YŞRS) və Kəskin Ağır Respirator Sindromdur( KARS). KARS-ın yaranmasına məhz COVID 19 virusu səbəb olur.

- COVID-19 nədir?

- COVID-19 son zamanlar kəşf edilmiş koronavirusların ən sonuncusu olub, infeksion xəstəlik törədicisidir.2019-cu ilin dekabr ayına qədər bu virus barədə heç bir məlumat yox idi.

- COVID 19 virusunun simptomları necdir?

- Əsas simtomlar bədənin temperaturunun yüksəlməsi, əzginlik, quru öskürəkdir. Bəzi xəstələrdə burun tutulması, müxtəlif ağrılar, burun axması, faringit və diareya şəklində üzə çıxır. Adətən bu əlamətlər zəif başlayıb, getdikcə güclənir.Bəzi yoluxmuş insanlarda heç bir əlamət üzə çıxmır.Xəstələrin 80 faizində sağalma müşahidə olunur və spesifik müalicə tələb olunmur.Təxminən altı yoluxma halından yalnız biri nəfəs çatışmazlığı ilə nəticələnir.Yaşlı və xroniki xəstəliyi olan insanlar, arterial hipertenziya, ürək və ya diabet xəstələrində bu virus daha ğaır şəkildə özünü göstərir. Təxminən 2% xəstələrdə virus ölümcül nəticə verib. Temperatur yüksək olarsa, öskürək və boğulmalar varsa həkimə müraciət edilməlidir.

Koronavirus

- Virus necə yayılır?

- Virusa yoluxmuş insanlar başqalarını yoluxdururlar. Xəstəlik burun və ağızdan çıxan kiçik maye və hava yolu ilə, öskürək, asqıraq zamanı yayılır. Bu xırda damlacıqlar yaxındakı insanların nəfəsinə, selikli qişasına, gözünə düşərsə, yoluxmaya səbəb olur. Eyni zamanda xəstə insanların toxunduqları əşyalara sağlam şəxslərin toxunması da yoluxma səbəbi ola bilər. Xəstələnmiş şəxslərdən 1-2 metr uzaqda dayanmaq məsləhətdir. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un ötürülmə yollarını davamlı olaraq araşdırır və bu barədə məlumat yayır.

- COVID-19 hava ilə yayılırmı?

- Müasir araşdırmalar onu deməyə əsas verir ki, virus hava yolu ilə deyil, yoluxmuş şəxslərin nəfəs yollarından ayrılan kiçik damlalar vasitəilə yayılır.

- Virus heç bir simptomu müşahidə olmayan şəxslərdən keçə bilərmi?

- Dediyimiz kimi, əsasən öskürək və asqıraq zamanı nəfəs yollarından ayrılan maye damlalardan yayılır. Heç bir əlaməti olmayan şəxslərdən yoluxma riski çox azdır. Həmçinin bəzi insanlarda COVID-19 virusu özünü çox zəif büruzə verir. Xüsusən xəstəliyin erkən dövründə. Buna görə əlamətləri olmayan şəxsdən yoluxma mümkündür. Hələ ki, xəstəliyə yoluxmuş şəxslərin başqaları üçün nə qədər müddət təhlükəli olması barədə araşdırmalar davam edir.

- Xəstələrin sidik və nəcisindən yoluxma mümükündür?

- Bu risk azdır. Bəzi hallarda xəstənin nəcisində virusa rast gəlinir. Lakin bu, yoluxmada mühüm rol oynamır.

- Özümüzü necə qoruya və yayılmasının qarşısını necə ala bilərik?

- COVID-19 barədə maariflənin. Bu məlumatları ÜST-ün rəsmi səhifəsindən əldə edin. Hələ ki ən çox yoluxma halı Çində müşahidə olunur. Bir çox ölkələrdə bu virus özünü daha yüngül formada göstərir və sağalma ilə nəticələnir. Aşağıdakı qaydalara əməl etməklə özünüzü və yaxınlarınızı qoruyun.

Əlinizi spirtli məhlullarla və sabunla müntəzəm olaraq yuyun. Öskürən və asqıran adamlardan bir metr uzaqda dayanın. Əllərinizlə gözlərinizə toxunmayın. Öskürəndə ağzınızı salfetka ilə tutun. İstifadə olunmuş salfetlər atılmalıdır.

Koronavirus

- Son 14 gündə virus olan regionlarda olmuş şəxslər nə etməlidirlər?

- Özlərini piss hiss edər və hətta yüngül simptomlar üzə çıxarsa, ətrafdakılardan təcrid olunsunlar. Əgər əlamətlər ağırlaşarsa, həkimə müraciət etsinlər.

- Bu virusdan qorxaqmı?

- Əgər sizin regionda xəstəlik aşkarlanmayıb və siz də xəstəliyin yayıldığı regionda olmamısınızsa, yoluxma riskiniz azdır. Lakin hər kəsin təlaşa düşməsi də anlaşılandır. Xəstəlik barədə bilikli , məlumatlı olsanız, onu daha asan yenə bilərsiniz. Əgər xəstəlik yayılmış ərazidə yaşayırsınızsa, məsələyə ciddi yanaşın. Mərkəzi və yerli orqanların təlimatlarına uyun.

- Virusun müalicəsində antibiotiklər effektiv nəticə göstərirmi?

- Xeyr. Antibiotiklər yalız bakterial infeksiyaların müalicəsində səmərəli olur. COVID 19 xəstəliyi virus təbiətlıidir, buna görə də antibiotiklərə cavab vermir. Profiliaktika məqsədilə antibiotiklərdən istifadəyə gərək yoxdur.

- Bu virusu sağaldan preparat və ya vaksin varmı?

- Hazırda yoxdur. İndi COVID 2019-un müalicəsi üçün vaksin tapılmayıb. Simtomların yüngüllüşədirilməsi məqsədilə hospitallara yatırılmış xəstələrin həyati vacib orqanlarının müalicəsi və qorunması aparılır. Xəstələrin 80 faizi sağalır.ÜST vaksin hazırlanması yönündə çalışmalara nəzarət edir.

- COVID-19 yoxsa KARS daha təhlükəlidir? Bunların hər ikisi atipik pnevmoniya yaradır?

- Genetik bənzər xəstəliklər olsalar da, KARS daha ölümcül nəticələr verir, lakin o koronavirusdan daha az yayılır. 2003-cü ildən bəri bu virusun yayılması halı müşahidə olunmayıb.

- Qorunmaq üçün maska taxmalıyammı?

- Əlamətlərin görünmədiyi insanların maska taxmasına gərək yoxdur. Xəstələrə baxan şəxslərin qoruyucu maska geyməsi lazımdır.

- Koronavirus heyvanlardan keçə bilirmi?

- Heyvanlar da bu xəstəliyə yoluxur, xüsusaən dəvələr. Dəvələrdən insan yoluxma faktları vardır. İt və pişiklərin yoluxma faktı qeydə alınmayıb.

- Cansız əşyaların üzərində bu virus nə qədər yaşaya bilir?

- Dəqiq bilinmir, lakin bir neçə saatdan bir neçə günə qədər qala bilir. Ətrafdakı nəmişlik, temperatur, səthin tipi virusun yaşam müddətini dəyişdirə bilir. Adi spirtlə silməklə problemi həll etmək mümkündür.

- Virusun yayıldığı ərazilərdən gələn bağlamalar xəstəlik daşıyıcısı ola bilərmi?

- Bu ehtimal çox azdır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »