Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Vəziyyət nəzarətdən çıxıb, Türkiyə daha ağır zərbələr vuracaq” - Politoloqdan açıqlama

Xəbər verildiyi kimi, İdlibdə Türkiyə Silahlı Qüvvələri hava hücumuna məruz qalıb, 33 türk əsgərinin şəhid olduğu açıqlanıb. Suriya ordusunun Soçi sazişini pozaraq İdlibə hücum etməsi Ankaranı hərəkətə keçirib. Türkiyə İdlibə çox sayda hərbçi və zirehli texnika cəlb edib.

Problemlə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu bildirib ki, Rusiya və İran Türkiyə ilə toqquşmaq istəmirlərsə, İdliblə bağlı atəşkəs sazişinə yenidən qayıtmalıdırlar.

Elxan Şahinoğlu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

“Soçi sazişinə əsasən atəşkəsə riayət olunmalıdır. Amma Suriya rejimi Rusiyanın dəstəyi ilə hücuma keçməyə qərar verdi. Bu zaman da Türkiyə ard-arda şəhidlər verdi. Türkiyə bu hücumu cavabsız qoya bilməzdi.

İndi əsas məsələ Rusiya ilə Türkiyə toqquşmasının qarşısını almaqdır. Rusiya bəyan edib ki, Türkiyə hərbi məntəqələrini Rusiya aviasiyası bonbalamayıb. Amma Rusiyanın belə bir iddia da ortaya atıb ki, guya Türkiyə hərbçiləri olmadıqları mövqedə olublar və ona görə də şəhid olublar. Görünür artıq vəziyyət nəzarətdən çıxır. Türkiyə ordusu bunun artıqlaması ilə cavabını verir. Mümkündür ki Türk orudusu Suriyanın daha dərinliklərə qədər getsin. İran və Rusiya artıq seçim etməlidir. Türkiyə ilə toqquşmaq istəmirlərsə, İdliblə bağlı atəşkəs sazişinə yenidən qayıtmalıdırlar. Əks halda Türkiyə ordusu Suriya ordusuna daha ağır zərbələr vuracaq”,-deyə E.Şahinoğlu bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »