Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə qapıları açır, ölkədəki qaçqınlar Avropaya köç edir - Foto

Türkiyənin sərhədqapılarını açması barədə xəbərlər yayıldıqdan sonra Ədirnədən Türkiyənin Avropaya sərhəd qapılarını açması iddiasının ardından dünən gecə Ədirnədə qaçqınların hərəkətlənməsi başlayıb.

Bizimyol.info Türkiyə mediasına istinadən xəbər verir ki, gecə saatlarında 300 nəfərlik qrup Yunanıstan sərhədinə tərəf axın edib. Onların sayının durmadan artdığı bildirilir. Yunanıstana açılan Pazarkulə Sərhəd Məntəqəsində yüzlərlə qaçqın toplaşıb.

Suriyada rejim güclərinin İdlibdəki türk əsgərlərinə hava hücumundan sonra Türkiyə hökuməti Avropa Birliyinə getmək istəyən qaçqınları dayandırmayacağı barədə açıqlama verdi.

Bu açıqlamadan dərhal sonra qaçqınlar hərəkətə keçiblər. Onların əsasən Suriya, İran, İraq, Mərakeş və Pakistan əsilli qaçqınlar olduğu da qeyd edilir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »