Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın əri və qonşusu tərəfindən döyülərək öldürülüb

Bərdə rayonunda qadın döyülərək qətlə yetirilib.

Hadisə rayonun Zümürxan kəndində baş verib.

Kənd sakini, 1962-ci il təvəllüdlü İbadova Tahirə Tofiq qızının üzərində xəsarətlər olan meyiti yaşadığı evdə tapılıb. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

Zümürxan kənd icra nümayəndəsi Mübariz Abbasov trend-ə açıqlamasında bildirib ki, hadisədə qadının həyat yoldaşı Vahid İbadov və 25 yaşlı qonşu oğlan şübhəli şəxs qismində saxlanılıb: "İlkin məlumata görə, qadının baş nahiyəsinə taxta parçası ilə vurub öldürüblər. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil".

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »