Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda virusdan ölənləri gizlicə basdırırlar - Video

Koronavirus Çindən sonra ən çox İranda can alır. Qonşu dövlətin rəsmi məlumatına görə, virusdan 26 nəfər həyatını itirib. Amma sayın 100-ü keçməsiylə bağlı iddialar var.

Bizimyol.info xəbər verir ki, İranda virusdan ölənləri gizlicə basdırırlar. “Twitter”də bununla bağlı video peyda olub. Görüntülərin fonunda danışan adam virusdan ölənlərin gizlicə basdırılmasından danışır. Videoda kombinezonlu iki adamın meyit dəfn etdiyi görünür. Kənarda üç nəfər onlara etiraz edir, amma sanki yaxına gəlməyə çəkinirlər. 45 saniyəlik videonun sonunda prosesin məhz qəbiristanlıqda baş verdiyi dəqiqləşir.

Görüntülər sosial şəbəkədə böyük müzakirəyə və etiraza səbəb olub. “Twitter” istifadəçiləri meyitlərlə hörmətsiz davranıldığını düşünür. Çünki onları əvvəlcədən qazılmış qəbirlərin yanına tikinti arabasında gətirirlər.

Son xəbərlər
Bütün xəbərlər »