Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda öldürülən müsəlmanların sayı artır

Hindistanın paytaxtı Dehlidə müsəlmanlara qarşı zorakılıq davam edir. Öldürülənlərin sayı 35 nəfərə çatıb.

Bizimyol.info xəbər verir ki, dörd gündür Hindistanda müsəlmanlara zorakılıq tətbiq edilir. Onları döyürlər, evlərini, maşınlarını yandırırlar. Döyülən müsəlmanlardan birinin dediyinə görə, ondan hinduizmə aid şüarlar səsləndirməyi tələb ediblər.

Qarşıdurmalar qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərdən sonra başlayıb. Bundan sonra yalnız hinduizmə sitayiş edənlərə yeni vətəndaşlıq verilməsi nəzərdə tutulur. Bu isə ölkənin müsəlman kəsiminin etirazına səbəb olub. Hinduizmə sitayiş edənlər etirazı yersiz sayıb, gecə ilə müsəlmanların evlərinə hücum edib. İki məscid dağıdılıb.

“Deutsche Welle”nin məlumatına görə, azı 130 nəfər xəsarət alıb. Öldürülənlərin əksəri müsəlmanlardır.

BMT baş verənlərdən narahatlığını ifadə edib.

Hindistanda təxminən 180 milyon müsəlman yaşayır.

Son xəbərlər
Bütün xəbərlər »