Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin Pakistana 100 min ördək göndərir - Video

Çin bütün gücü ilə koronavirusla mübarizə aparır. Asiya ölkəsi digər tərəfdən başqa dövlətlərin problemlərinə də dəstək olur.

Bizimyol.info xəbər verir ki, Çin Pakistana 100 min ördək göndərməyə hazırlaşır. Çünki bu dövlətdə çəyirtkələr tarlalara, ümumiyyətlə, kənd təsərrüfatına böyük zərər vurur.

Pakistanda çəyirtkə problemi keçən ilin noyabrından yaranıb. Müsəlman dövlət həşəratlarla heç cür bacarmır. Ördəklər gün ərzində 200 çəyirtkə yemək qabiliyyəti ilə seçilir. Çinin öz təcrübəsində belə mübarizə üsulları olub. Ona görə də çinlilər pakistanlılara yardım əlini uzatmağa hazırdır.

Pakistanda problemi toyuqların sayəsində həll etməyə çalışırlar. Amma bu ev quşu ördək qədər effektli hərəkət edə bilmir. Toyuq gün ərzində maksimum 70 çəyirtkə yeməyi bacarır.

Son xəbərlər
Bütün xəbərlər »