Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Donald Tramp ABŞ mətbuatını məhkəməyə verməklə hədələdi

ABŞ prezidenti Donald Tramp onun ünvanına iftira dolu məlumatlar yerləşdirən yerli mətbu orqanları məhkəməyə verəcəyini söyləyib.

Ağ Evin sahibi artıq ilk iddia ərizəsini ona qatı müxalif mövqeyi ilə tanınan “The New York Times” qəzetinə qarşı yönəldəcək.

İddiaçının fikrincə, qəzetdəki analitik məqalələrdən birində bilərəkdən yalan məlumatlar yerləşdirilib. Həmin informasiyalar prezidentin seçki qərargahı ilə Rusiya ilə bağlantıları, habelə Kremilin seçki prosesinə onun xeyrinə qarışması ilə bağlı olub.

Yazıda müəllif Rusiyanın bütün bunların müqablində sanksiya rejiminin zəifləməsi və ikitərəfli ünasibətlərin düzəldilməsinə nail olmaq istədiyini bildirib.

“Əgər siz həmin yazını oxusanız, onun bilinən şərh anlayışından kənara çıxdığına da şahid olarsınız. Bunlar analitik rəy ola bilməz və pis niyyət daşıyan yalan məlumatlardır. Onlar buna görə cavab verməli olacaqlar”,-deyə Birləşmiş Ştatların dövlət başçısı fikrində ciddi olduğunu göstərib.

Onun sözlərinə görə, “The New York Times” son illərdə onun haqqında ancaq doğru olmayan xəbərləri yaymaqla məşğuldur. “Qoy indi onların halına məhkəmələr baxsın”,-deyə o vurğulayıb.

ABŞ mətbuatı Trampın qəzəbinə səbəb olan məqalənin 2019-cu ilin mart ayının 27-də qəzeitn elektron versiyasında çıxdığını bildirib.

Yazının müəllifi qəzetin keçmiş baş redaktoru (1986-1994) Maks Frenkeldir. (Musavat.com)

Son xəbərlər
Bütün xəbərlər »