Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
18 il əvvəl lotereyada 315 milyon dollar udanın "lənətlənmiş" taleyi - Foto

Endryu Uittaker bir günün içində Qərbi Virciniyanın ən varlı adamlarından birinə çevrilmişdi. Amerikalı 2002-ci ilin Milad bayramı günlərində lotereyada 315 milyon dollar udmuşdu.

Bizimyol.info xəbər verir ki, qanunvericilik Uittakerə seçim üçün iki variant saxlamışdı. Birincisi, Endryu dövlətə 201 milyon dollar vergi ödəyir və pulların qalanını götürür. İkincisi, uduş məbləği amerikalı bəxtəvərə 20 il ərzində hissələrlə ödənir.

18 il əvvəl lotereyada 315 milyon dollar udanın "lənətlənmiş" taleyi

Uittaker dərhal milyonçu olmaq istərdi. Ona görə də düşünmədən birinci variantla razılaşdı. 114 milyon dollar əlinə keçən kimi Endryu bütün qohumlarına avtomobil aldı. Sonra kasıblara yardım fondu yaratdı. Bununla da milyonlar sürətlə əriməyə başladı. Adamlar az qala hər yerdə ondan pul istəyirdilər. Nəinki istəyirdilər, bəzən tələb edirdilər. Endryu restoranda, kafedə rahat əyləşə bilmirdi. Ona stadionda, mağazada, bir sözlə, imkan olan hər yerdə yaxınlaşırdılar.

Tezliklə evinə oğrular daraşdı. İki böyük oğurluq onun 750 min dollarını apardı. Ardınca şəxsi həyatda uğursuzluq. Həyat yoldaşı ilə boşandı, iki nəvəsini itirdi. Bunlara görə içkiyə qurşandı, kazinoya ayaq açdı. Bir də gözünü açdı ki, milyonlardan heç nə qalmayıb.

İndi Uittaker çox sadə həyat sürür. Həmin pulları lənətlənmiş sayır. Endryu yeni biznesini işə salmağa, ayağa qalxmağa çalışır.

Son xəbərlər
Bütün xəbərlər »