Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Ərdoğanla görüşmək istəmir

Türkiyə ordusu İdlib əməliyyatlarını itkilərlə davam etdirir. Bu gün hava hücumları nəticəsində daha 3 türk əsgəri şəhid olub.

Bizimyol.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşı tərəfin daha çox itki verdiyini iddia edir. Şəhidlərin yaxınlarına başsağlığı verən dövlət başçısı Suriya qüvvələrinin ciddi zərbə aldığını xüsusi vurğulayıb.

Ərdoğan hər dəfə geri çəkilməyəcəklərini, dolayısıyla İdlib əməliyyatlarının davam etdirəcəklərini söyləyir. Türkiyə prezidenti ruslarla görüşün vacibliyini qeyd edib. Onun fikrincə, rusların hava hücumları məntiqəuyğun deyil, çünki Adana razılaşması olub. Ərdoğan martın 5-də Rusiya prezidenti Vladimir Putinlə görüşün baş tutacağna ümid etdiyini bildirib. Kremldən isə Putinin görüş planı olmadığını söyləyiblər.

Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Leonid Slutski Türkiyə tərəfinə iradları olduğunu bildirib.

Son xəbərlər
Bütün xəbərlər »