Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Astarada xəstəxanada acınacaqlı vəziyyət: Natəmizlik, alver...- Video

İrandan Azərbaycana gələn vətəndaşların koronavirusa yoluxması şübhəsi ilə Astara rayon mərkəzi xəstəxanasında müayinəsi zamanı bir sıra narazıçılıqlar ortaya çıxıb.

Bununla bağlı sosial şəbəkələrdə video yayımlanıb.

Görüntülərdə vətəndaşlar bildirir ki, Astara Mərkəzi Rayon Klinikasında İrandan qayıdan azərbaycanlılar natəmiz şəraitdə saxlanılır:

“Xəstəxanada su yoxdur. Natəmiz şəraitdə saxlanılırıq. Xəstəxananın içərisində açıq-aşkar alver gedir. Tibb işçisi geyimində qadın bizə bulka satır. Xəstəxanaya pul xırdalamağa gəldiyini deyən qadın evdə bişirilən bulkaların dörd ədədini iki manata satmağa çalışır.İçəri kim tərəfindən buraxıldığını isə demir. Biz bilmirik ki, bizi burada daha nə qədər saxlayacaqlar”.

Bundan başqa xəstəxananın şəraitsizliyi, gigiyena qaydalarına əməl olunmaması, vanna otaqlarında suyun olmaması və vətəndaşlar üçün heç bir tədbirin görülməməsi də görüntülərdə öz əksini tapıb. Vətəndaşlar bu saat ərzində onlara su verilmədiyini də bildiriblər.

"Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”ndən (TƏBİB) Yeniavaz.com-a bildirilib ki, hadisə ilə bağlı hal-hazırda araşdırılma aparılır və araşdırma bitdikdən sonra məlumat veriləcək.

Qeyd edək ki, ötən gün Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev işində yol verdiyi nöqsanlara baş həkim vəzifəsindən kənarlaşdırılıb.(metbuat.az)

Paylaş »
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
››› Media Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydlərinin hara getdiyini öyrənib
››› Hadrut, Füzuli və Cəbrayılda erməni hərbçiləri meyitləri aşkarlandı
Son xəbərlər
Bütün xəbərlər »