Bu barədə Bizimyol.info-ya A.Qurbanovanın özü məlumat verib.
“Fevralın 14-də mənim 53 müşahidəçi, məşvərətçi səs hüquqlu üzv və vəkilimə təzyiq göstərərək təmsil olunduqları məntəqələrdə heç bir qanun pozuntusu olmaması ilə bağlı ərizə alınması iddiası ilə Daxili İşlər Nazirliyinə şikayət ünvanlamışdım. Ünvanladığım şikayət ərizəsi araşdırılması üçün Salyan rayon Polis Şöbəsinə göndərilib. Bu gün mənə zəng edərək bildirdilər ki, ərizəm şöbəyə göndərilib və məni də şöbəyə dəvət etdilər. Bununla bağlı Salyan RPŞ-nə mütləq gedəcəm. İşimlə əlaqəli olaraq şənbə günü şöbəyə gedə biləcəm”,-deyə A.Qurbanov bildirib.
Deputatlığa namizəd iddia edib ki, müşahidəçi, məşvərətçi səs hüquqlu üzv və vəkilinə təzyiq edərək ərizəni Dairə Seçki Komissiyası (DSK) alıb: “Deməli DSK sədri də təzyiq göstərib. İşdən çıxarmaq hədəsi ilə 3 vəkil, 7 müşahidəçi və 2 məşvərətçi səs hüquqlu üzvdən olduqları seçki məntəqələrində heç bir qanun pozuntusu olmadığına dair ərizə alıblar. Əlavə kimlərin olmasını və ya hansı vasitələrlə etdiyini isə polis araşdırmalıdır”.
Ramid İbrahimov