Dünyanın əksər ölkələrində koronavirus təlaşı ilə aviabiletlərin satışında azalma müşahidə olunsa da, bu ay Azərbaycanda 2,5 dəfə artım qeydə alınıb.
Bu xəbəri Bizimyol.info saytına Rusiyanın “Aviasales” şirkətinin mətbuat katibi Arina Aparina verib.
“Aviabiletlərin axtarış sistemini qurmuş “Aviasales” şirkətinin məlumatına görə, bu həftə İtaliyaya getmək istəyənlərin sayı 31 faiz azalıb. Həmçinin Çinə səfər etmək istəyənlərin sayında 2 dəfə azalma müşahidə olunub. Maraqlıdır ki, bu ay azərbaycanlılar keçən aya nisbətən daha çox aviabilet alıblar. Onların sayında 2,5 dəfə artım müşahidə olunub”,- deyə məlumatda bildirilir.