Sosial şəbəkələrdə yayılmış maraqlı bir "WhatsApp" yazışması müzakirələrə səbəb olub.
Bizimyol.info xəbər verir ki, Kəbleyi deyə müraciət etdiyi adamdan Qum şəhərinə səfəri rica edən şəxs sonra gözlənilməz etiraflar edib. Belə ki, yazışmaya əsasən məlum olub ki, kimsə Qum şəhərinin torpağı şəfalıdır deyə onun 200 qramını 35 manata satıb.
Bunun yalan olduğunu biləndə isə satan şəxsə "moşennik" Həci deyərək əsəbləşib.
Kəbleyi isə İmam ocağının şəfasına inanmağı, şeytana uymamağı tövsiyə edib. Həmin yazışmanı təqdim edirik: